Əsas Səhifə > Güney Press > Şəkidə mənzil fondu təmir ediləcək
Şəkidə mənzil fondu təmir ediləcəkBu gün, 15:46 |
|
Şəki Şəhər İcra Hakimiyyəti mənzil fondunun əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Elşən” MMC seçilib. Şirkətin qiymət təklifi 300 404,79 manat olub.
"Elşən” MMC bu məbləğə Şəki şəhərində çoxmənzilli yaşayış binaların dam örtüyü, fasad və bloklarını təmir edəcək.
İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Elşən” MMC 10 sentyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5678,8 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 12-də yerləşən şirkətin qanuni təmsilçisi Rövşən Zülfüqar Qasım oğludur.
Açıq mənbələrdə Rövşən Zülfüqar haqqında heç bir məlumat yoxdur. Şirkət haqqında da hər hansı məlumata rast gəlinmir.
Qeyd edək ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovdur. O, 2011-ci ildən bu vəzifədədir.
Geri qayıt |