Əsas Səhifə > Güney Press > Ərinə 20 manat pula görə şüşə ilə xəsarət yetirən qadına hökm oxundu
Ərinə 20 manat pula görə şüşə ilə xəsarət yetirən qadına hökm oxunduBu gün, 15:22 |
|
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bənövşə Bəkirovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 4 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq olunmaqla, Bənövşə Bəkirovaya təyin olunmuş cəzanın çəkilməsi himayəsində olan 2023-cü ildə anadan olmuş uşağı 14 yaşına çatanadək, yəni 2037-ci il martın 20-dək təxirə salınıb. İttihama görə, hadisə 14 iyul 2025-ci il tarixdə saat 17:00 radələrində Qazax rayonu ərazisində qeydə alınıb. Belə ki, Bənövşə Bəkirova qohumuna məxsus evin həyətində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı zərərçəkmiş Nahid Budaqovla (adı, soyadı şərtidir) aralarında yaranmış mübahisə zamanı ona qarşı ağır xəsarətlər yetirib. İstintaqla müəyyən edilib ki, zərərçəkmiş şəxsin ondan 20 manat pul tələb etməsi, təqsirləndirilən şəxsin isə bu tələbi rədd edərək nalayiq məzmunlu cavab verməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Mübahisə zamanı Bənövşə qisas almaq məqsədilə evin pəncərəsinə bayır tərəfdən söykənmiş vəziyyətdə olan məişət güzgüsünü sındırıb, onun iti uclu qırığını silah qismində istifadə edərək Nihada hücum edib və kişinin qarın nahiyəsindən bir dəfə qəsdən zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə qəsdən sağlamlığa ağır zərər yetirib. Geri qayıt |