Əsas Səhifə > Güney Press > ABŞ və Ermənistan həlledici sferalarda yeni birgə təşəbbüslər başladır
ABŞ və Ermənistan həlledici sferalarda yeni birgə təşəbbüslər başladırBu gün, 15:07 |
|
ABŞ və Ermənistan texnologiya, enerji, rabitə və təhlükəsizlik sahələrində yeni birgə təşəbbüslər başladır. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn Yeni il nitqində bildirib. Onun sözlərinə görə, 2025-ci il Ermənistan-ABŞ münasibətlərində ən böyük inkişaf dövrü olub. "Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Prezident Donald Trampla Ağ Evdə keçirilən tarixi görüş zamanı (8 avqust - red.) onilliklərlə irəli gedəcək yolumuzu müəyyən edəcək əməkdaşlıq çərçivələri təyin edilib. Həmçinin firavan və sabitliyi gücləndirməyə yönəlmiş texnologiya, enerji, rabitə və təhlükəsizlik sahələrində yeni Ermənistan-ABŞ təşəbbüslərini başladırıq", - K.Kuinn vurğulayıb. Səfir qeyd edib ki, ABŞ və Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün birgə işləməyə davam edirlər. Geri qayıt |