Əsas Səhifə > Güney Press > Qarabağ ermənilərinin başı dərddədir
Qarabağ ermənilərinin başı dərddədirBu gün, 14:55 |
|
2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror əməliyyatından sonra Ermənistana könüllü köç etmiş ermənilər kütləvi şəkildə Rusiyaya və Avropaya üz tuturlar. Ekspertlər burada əsas səbəblərdən biri kimi, yerli ermənilərlə Qarabağdan könüllü köçmüş ermənilər arasında keçmişdən gələn ədavətin mövcudluğunu göstərirlər. Bu barədə modern.az məlumat verir. Məlumatda qeyd olunur ki, Ermənistan pasportu alan Qarabağ ermənilərinin sayı cəmi 26 min nəfər təşkil edib, onların əksəriyyəti yaşayış üçün Rusiya və Avropa ölkələrini seçirlər. Digər böyük axın Avropaya, xüsusən də Fransaya yönəlib. Fransada erməni icmasının geniş olması, sosial dəstək mexanizmlərinin mövcudluğu və miqrasiya prosedurlarının nisbətən əlçatan görünməsi Qarabağ ermənilərinin bu ölkəyə axınını gücləndirib. Bundan əlavə, Almaniya, Niderland, Belçika və İspaniya da onların seçdiyi istiqamətlər sırasındadır, lakin üstünlük yenə də Fransaya verilir. Ermənistanda qalan keçmiş Qarabağ sakinlərinin isə durumu yuxarıda qeyd edildiyi kimi tam rahat deyil. Orada həm məskunlaşma problemləri, həm işsizlik, həm də sosial adaptasiya çətinlikləri səbəbindən yerli əhali ilə gərginlik yaşayır. Ermənistan cəmiyyətində “müvəqqəti gələnlər”lə bağlı narazılıqlar zaman-zaman açıq formada səsləndirilir, bu isə hökumətin həm yerli əhali, həm də Qarabağdan gələnlərlə əlaqəli siyasətində əlavə siyasi və sosial problemlər yaradır. Bu sosial gərginlik və iqtisadi şəraitin zəif olması Qarabağdan köçmüş insanların ölkəni tərk etməsini daha da sürətləndirir. Ölkədə qalan Qarabağ ermənilərini həm də müxtəlif siyasi güclər öz məqsədləri üçün istifadəyə etməyə çalışır. Xüsusən, Robert Köçəryan və Serj Sərkisyana bağlı revanşist qüvvələr onların Ermənistan pasportu alaraq 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində narazı elektorat olaraq mövcud hakimiyyətə qarşı istifadə edilməsində maraqlıdır. Amma bu cəhdlərə baxmayaraq, Qarabağdan könüllü köçmüş ermənilərin Ermənistandan miqrasiya axını sürətlənməkdədir. İkincisi, Qarabağdan qayıdan ermənilər Ermənistan cəmiyyəti tərəfindən qəbul olunmur, onları əlavə yük kimi görürlər. “Qarabağ ermənisi” adı Ermənistan cəmiyyətində əvvəllər də qarşıdurma mövzusu olub, onların qayıdışından sonra bu problem daha da kəskinləşdi. Ermənilərin Ermənistanda qalmaq istəməməsi, başqa ölkələrə köçündə dayanan iki əsas səbəb bunlardır. Onlar Ermənistanda perspektiv görmürlər. Paşinyan hakimiyyəti onların ölkədə qalmasında maraqlıdır. Çünki bu məsələdən həm siyasi müstəvidə Azərbaycana qarşı istifadə edir, xüsusilə Qərbi Azərbaycana qayıdışa qarşı kart kimi görürlər, həm də “qaçqınlara dəstək” adı altında Avropadan maliyyə yardımı alırlar. Lakin Paşinyan hakimiyyəti Qarabağdan qayıdan erməniləri paytaxtda yox, bölgələrə yerləşdirmək proqramına üstünlük verir. Ermənilərin qəbul etmək istəmədiyi amillərdən biri də budur. Son iki ildə köç dalğası göstərir ki, Qarabağdan Ermənistana qayıdan ermənilərin miqrasiyası davam edəcək”. Geri qayıt |