Əsas Səhifə > Güney Press > İş yoldaşını öldürən Şahlara

İş yoldaşını öldürən Şahlara


Bu gün, 13:48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda iş yoldaşının qətlində təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxış edərək Şahlar Ağayevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istədi.

Müdafiə vəkili çıxış üçün vaxt istədiyi üçün növbəti proses 12 yanvara təyin olunub.

Xatırladaq ki, 2024-cü il martın 14-ü, saat 14:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev şübhəli şəxs qismində tutulub.


Geri qayıt