Əsas Səhifə > Güney Press > Sabah paytaxtda hava yağmursuz olacaq
Sabah paytaxtda hava yağmursuz olacaqBu gün, 12:21 |
Dekabrın 30-nun hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "DİA-AZ"a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olacaq.Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütununda 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Geri qayıt |