Əsas Səhifə > Güney Press > Gürcüstanda iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə həbs edilib

Gürcüstanda iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə həbs edilib


Bu gün, 12:02

Gürcüstanın Marneuli bölgəsində polis iki Azərbaycan vətəndaşını dələduzluq ittihamı ilə həbs edib.

Oxu.Az-ın Marneulifm.ge-yə istinadən xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, 1983-cü və 1987-ci il təvəllüdlü şəxslər (A.M. və İ.M.) Marneuli bələdiyyəsi sakinindən qızıl zinət əşyalarını dələduzluq yolu ilə əldə ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki şəxsi həbs ediblər.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 1-ci hissəsi ilə araşdırma aparılır ki, bu maddə dörd ilə qədər həbs cəzasını nəzərdə tutur.


Geri qayıt