Əsas Səhifə > Güney Press > Paşinyan Simonyanı yola salır
Paşinyan Simonyanı yola salırBu gün, 12:00 |
|
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri Alen Simonyanı parlamentin sədri vəzifəsindən uzaqlaşdırmağa çalışırlar. Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. Nəşrin hökumətə yaxın mənbələri bildiriblər ki, partiya daxilində Simonyana qarşı böyük bir narazılıq dalğası artmaqdadır. Məlumata görə, seçki siyahısına daxil ediləcək namizədlərin müzakirə olunduğu “Vətəndaş Müqaviləsi” İdarə Heyətinin iclaslarında parlament spikeri partiya üzvlərinə qarşı son dərəcə aqressiv davranıb: “O, partiya yoldaşlarını Baş nazir Nikol Paşinyanın qarşısında pis göstərmək üçün əlindən gələni edib. Partiya üzvləri Paşinyanla görüşməyi və ona Simonyan və komandasının hiylələri barədə danışmağı planlaşdırır. Simonyan və komandası partiyada dominant mövqe qazanmaq üçün əllərindən gələni edir”. Partiyanın narazı üzvləri də Simonyanı parlamentin sədri vəzifəsindən uzaqlaşdırmaq üçün əllərindən gələni etmək niyyətindədirlər. Bəzi üzvlər əmindirlər ki, Paşinyan da Simonyandan narazı olduğu üçün artıq onunla bağlı qərar qəbul edilib. Qeyd olunur ki, hakim partiya xeyli müddətdir parlamentin gələcək spikerinin namizədini müzakirə edir. Əgər “Vətəndaş Müqaviləsi” 2026-cı il seçkilərində səs çoxluğu qazanarsa, növbəti spikerin ABŞ-dəki keçmiş səfir Lilit Makuntsun olacağı barədə şayiələr gəzir. Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək. Geri qayıt |