Əsas Səhifə > Güney Press / Ana xəbər > Putin YAP-ı “rəngli inqilablar”la mübarizəyə cəlb edir
Putin YAP-ı “rəngli inqilablar”la mübarizəyə cəlb edir30-05-2014, 14:26 |
![]() Bu gün Rusiyanın Vladivostok şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin ikigünlük iclası başlayır. Azərbaycandan da hakim partiyanın iştirak etdiyi iclasın gündəliyinə daxil edilmiş əsas məsələ “rəngli inqilablar”a qarşı birgə mübarizədir. İclas Vladivostok yaxınlığındakı Rus adasında keçirilir. Tədbirə Asiyanın onlarla ölkəsinin, o cümlədən Azərbaycan, Qazaxıstan, Çin, İran, Pakistan və Türkiyənin nümayəndələri qatılıblar. Tədbirdə hansısa prinsipial qərarın qəbulu gözlənilməsə də iştirakçılar Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının bu ilin sentyabrında Şri-Lankada keçiriləcək Baş Assambleyasına hazırlıq görəcəklər. Virtualaz.org saytı xəbər verir ki, “rəngli inqilablar”a qarşı birgə mübarizə iclasın gündəliyinə Rusiyanın təklifi ilə daxil edilib. Rusiya iclas iştirakçılarına Ukraynadakı hadisələrə dair Moskvanın baxışlarını, ABŞ və Avropa İttifaqı ilə münasibətləri və “rəngli inqilablar”a qarşı mübarizə perspektivləri təqdim edəcək. “Kommersant” yazır ki, ötən həftə “rəngli inqilablar”a qarşı mübarizə mövzusu Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil edilmiş beynəlxalq təhlükəsizlik konfransında əsas mövzu idi. Maraqlıdır ki, “rəngli inqilablar” problemi əsasən Asiya ölkələri - Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrindən nümayəndələr, Çin, Pakistan, Hindistan, İran və Suriya təmsilçiləri ilə müzakirə olunub. ABŞ və Avropa İttifaqının təmsilçiləri Rusiyanın bu konfransa dair dəvətini rədd ediblər. Rusiya Federasiya Şurasının beynəlxalq münasibətlər komitəsinin sədr müavini Andrey Klimov deyir ki, bu problemlə bağlı həmsöhbətlərin seçilməsi aydındır. Onun sözlərinə görə, “rəngli inqilablar” yeni və təhlükəli haldır. Qərbin aparıcı dövlətləri bu və ya digər ölkəyə yad olan siyasi quruluşu ixrac etmək üçün böyük pullar və resurslar sərf edirlər. “Və “rəngli inqilablar”dan qaçmaq istəyən həmin ölkələr bu problemi diplomatik-siyasi müstəvidə müzakirə etməli, bu cür fəaliyyətə “yox” deməlidir” - deyə Klimov bildirib. Senator xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinin Çinə mayın 20-21-də səfəri zamanı tərəflərin qəbul etdiyi birgə bəyannamədə daxili işlərə qarışmağa, kənardan təşkil edilmiş inqilablar və daxili çevrilişlərin dəstəklənməsinə qarşı birgə mübarizə daxil edilib. Moskva və Pekin indiyədək başqa ölkələrdə inqilablar yolu ilə hakimiyyətlərin dəyişdirilməsinə qarşı birgə mövqedən çıxış ediblər. Lakin ilk dəfədir ki, “rəngli inqilablar”a qarşı mübarizə Asiya siyasi partiyalarının iclasının gündəliyinə daxil edilir. Geri qayıt |