Əsas Səhifə > Güney Press > Bakıda arvadını döyən şəxs amnistiyaya düşdü
Bakıda arvadını döyən şəxs amnistiyaya düşdüBu gün, 10:12 |
|
Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İkram İslamovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. İstintaq və məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs sərxoş vəziyyətdə yaşadıqları evdə arvadı, zərərçəkmiş Kəmalə İslamova (adı, soyadı şərtidir) ilə aralarında yaranmış məişət mübahisəsi zamanı baş nahiyəsi ilə onun sağ göz və sağ almacıq nahiyəsinə qəsdən zərbə vurub. Nəticədə qadında sağ göz almasının ağlı qişasının qansızması, sağ üst göz qapağında, sağ gözaltı və sağ almacıq nahiyəsində qançırlar müəyyən edilmiş, həmin xəsarətlər qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurma kimi qiymətləndirilib. Məhkəmənin hazırlıq iclasında İkram İslamov əməli törətdiyini etiraf edib, etdiyindən peşman olduğunu bildirib, habelə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının ona tətbiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edib. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin olmadığını və dəymiş ziyanın ödənildiyini bildirib. Məhkəmənin qərarı ilə İkram barəsində 19 dekabr 2025-ci il tarixli amnistiya qərarının 5.1-ci bəndi tətbiq olunub, o, cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib. Geri qayıt |