Əsas Səhifə > Güney Press > Putin SSRİ ilə bağlı qanun imzaladı
Putin SSRİ ilə bağlı qanun imzaladıBu gün, 10:00 |
|
Rusiya Prezidenti Vladimir Putin 19 aprelin Sovet xalqına qarşı törədilmiş soyqırımı qurbanlarının Anım Günü elan edilməsini nəzərdə tutan qanun imzalayıb. Teleqraf xəbər verir ki, sənəd bundan əvvəl Rusiya Dövlət Dumasında qəbul olunub. Anım günü üçün 19 aprelin seçilməsi belə əsaslandırılıb: “1943-cü il aprelin 19-da 39 saylı fərman qəbul edilib. Bu, nasistlər və onların əlaltıları tərəfindən işğal olunmuş ərazilərdə dinc əhalinin məhv edilməsinə yönəlmiş məqsədyönlü və genişmiqyaslı siyasəti rəsmi şəkildə təsbit edən ilk hüquqi akt olub, həmçinin cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsasları müəyyən edib”. Geri qayıt |