|

“Rabitəbank” ASC-nin müşahidə şurasının 26 dekabr 2025-ci il tarixli, 99 nömrəli qərarına əsasən, 12 fevral 2026-cı il saat 17:00-da bankın səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Bankın 2025-ci maliyyə ili üzrə balans, mənfəət və zərər haqqında hesabatının təsdiqi 2. Bankın audit komitəsinin hesabatının təsdiqi 3. Bankın səhmdarlarına dividendlərin ödənilməsi 4. Bankın müşahidə şurası üzvlərinə mükafatın ödənilməsi 5. “Capital Partners” İnvestisiya Şirkəti QSC-nin müşahidə şurasının tərkibinin təsdiq edilməsi 6. “Capital Partners” İnvestisiya Şirkəti” QSC-nin “Rabitəbank” ASC adından qərar verməsi ilə bağlı səlahiyyətli orqan və ya şəxsin təyin edilməsi 7. “Capital Partners” İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalının artırılması 8. Təşkilati və cari məsələlər.
Geri qayıt
|