Əsas Səhifə > Güney Press > "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" 7 tender elan edir
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" 7 tender elan edirBu gün, 09:57 |
|
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsi (VÖEN – 9900001751) ümumi dəyəri 7 milyon 560 min 199 manat olan 7 açıq tender elan edir. "DİA-AZ" xəbər verir ki, tenderlərin predmeti su təchizatı sistemləri üçün müxtəlif avadanlıqların, mal-materialların və xüsusi geyimlərin satın alınmasıdır. Satınalmalar aşağıdakı kimidir: Bir pilləli mərkəzdənqaçma çirkab suları üçün nasos aqreqatlarının satınalınması: Ehtimal olunan qiymət 2 milyon 872 min 132 manat. Ceyranbatan Su Təchizatı İdarəsinin Ultrasüzgəcli sutəmizləyici qurğularında yaranan qüsurların aradan qaldırılması üçün mal-materialların alınması və quraşdırılması: Ehtimal olunan qiymət 1 milyon 547 min 627 manat. Çirkab suları üçün dalğıc tipli nasos aqreqatlarının satınalınması: Ehtimal olunan qiymət 1 milyon 125 min 902 manat. Xüsusi geyimlərin satın alınması: Ehtimal olunan qiymət 736 min 479 manat. Avtomatika və SCADA sistemləri üçün mal-materialların satın alınması: Ehtimal olunan qiymət 730 min 423 manat. Havalandırma sisteminin təmiri üçün mal-materialların alınması və quraşdırılması: Ehtimal olunan qiymət 281 min 818 manat. “TİMEX MEGA SVF 40000” markalı 200 mikron süzgəclərin əsaslı təmiri üçün mal-materialların alınması və quraşdırılması: Ehtimal olunan qiymət 265 min 818 manat. Tenderlər 26 dekabr 2025-ci il tarixində dərc edilib. Təkliflərin son təqdim olunma vaxtları: 23 yanvar 2026-cı il, saat 17:00: Süzgəclərin təmiri və havalandırma sistemi tenderləri üzrə. 26 yanvar 2026-cı il, saat 17:00: Xüsusi geyimlər və SCADA sistemləri tenderləri üzrə. 30 yanvar 2026-cı il, saat 17:00: Ceyranbatan İdarəsi tenderi üzrə. 2 fevral 2026-cı il, saat 17:00: Nasos aqreqatları (hər iki tender) üzrə. Zərflərin açılışı müvafiq tarixlərdə qeyd olunan saatlarda keçiriləcək. İştirak haqqı tenderlərdən asılı olaraq 350 manatdan 1000 manata qədər dəyişir. İstifadə haqqı hər bir tender üçün 25 manatdır. Əlaqələndirici şəxslər: Elşən İsmayılzadə (Süzgəc, Geyim, Havalandırma): +994 50 289 41 07 Məmmədyar Musayev (SCADA, Nasoslar): +994 12 431 47 67 Elçin İbrahimov (Ceyranbatan): +994 50 323 64 99 İddiaçılar təkliflərini müvafiq tarixlərə qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanına təqdim edə bilərlər. Geri qayıt |