Əsas Səhifə > Güney Press > Zelenski ilə görüşdə mühüm irəliləyiş əldə olunub
Zelenski ilə görüşdə mühüm irəliləyiş əldə olunubBu gün, 06:00 |
|
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqları uğurlu adlandırıb və mühüm irəliləyiş əldə olunduğunu bəyan edib. "Report"un xəbərinə görə, Ağ Ev rəhbəri mətbuat konfransında Avropa liderləri ilə danışıqları dəyərləndirərkən tərəflərin sülh sazişinə xeyli yaxınlaşdığını bildirib. Zelenski isə öz növbəsində qeyd edib ki, onlar Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin 90%-dən çoxu barədə razılığa gəliblər və daha ətraflı məlumat əldə olunub. O əlavə edib ki, yanvarda Vaşinqtonda ABŞ, Ukrayna və Avropa ölkələri arasında görüş keçirilə bilər. "20 bənddən ibarət plan 90% razılaşdırılıb, ABŞ-dan təhlükəsizlik zəmanəti 100%, ABŞ və Avropadan təminat 90%, hərbi aspekt 100%, Ukraynanın iqtisadiyyatının bərpası planı yekunlaşmaq üzrədir", - deyə Zelenski bildirib. Geri qayıt |