Əsas Səhifə > Güney Press > Ermənistanda Azərbaycan benzininin satışı başladı

Ermənistanda Azərbaycan benzininin satışı başladı


Bu gün, 17:30

“Ermənistanda “Titan” yanacaqdoldurma məntəqələrində də Azərbaycandan yaxın vaxtlarda idxal edilmiş benzin satılır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Tert” nəşri məlumat yayıb.

Dekabrın 19-da Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan bildirib ki, Gürcüstan ərazisi vasitəsilə Ermənistana 1300 ton həcmində, 22 vaqonla Azərbaycan mənşəli Aİ-95 markalı benzin gətirilib.

Nazirin sözlərinə görə, Azərbaycandan idxal olunan benzin Ermənistanda “premium” sinif yanacaq kimi, 430 dram qiymətinə satılacaq.


Geri qayıt