Əsas Səhifə > Güney Press > 22 il sonra barışdılar
22 il sonra barışdılarBu gün, 15:06 |
|
Türkiyəli müğənni İbrahim Tatlısəsin Yeni il gecəsi “Star” TV-də yayımlanacaq “İbo Şou” verilişində gözlənilməz bir görüş baş tutub. “Qafqazinfo” xəbər verir ki, məşhur sənətçi illərdir ayrı qaldığı oriyental rəqqasə Asenanı verilişinə qonaq dəvət edib. Bu görüş 22 il davam edən küsülülüyün sona çatması ilə yadda qalıb və studiyada emosional anlar yaşanıb. Yeni il xüsusi buraxılışında Tatlısəsin başqa bir tanınmış qonağı da olub. Uzun müddətdir küsülü olduğu Yıldız Tilbe ilə yanaşı, illərdir danışmadığı Asenanın da verilişdə yer alması diqqət çəkib. Tatlısəsin görüş zamanı duyğulandığı açıq şəkildə hiss olunub. Geri qayıt |