Əsas Səhifə > Güney Press > Rusiya Avropya xəbərdarlıq etdi
Rusiya Avropya xəbərdarlıq etdiBu gün, 08:52 |
|
Avropa ölkələrinin “könüllülər koalisiyası” formatında Ukraynaya hərbi kontingent göndərməsi halında həmin qüvvələr Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək. Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ilin yekunları ilə bağlı TASS-a verdiyi müsahibədə bildirib. Nazir qeyd edib ki, bəzi Avropa siyasətçilərinin ambisiyaları reallığı görməyə imkan vermir. Onun sözlərinə görə, bu siyasətçilər nə ukraynalıların, nə də öz ölkələrinin əhalisinin taleyini nəzərə alırlar: “Avropada Ukraynaya “könüllülər koalisiyası” formatında hərbi kontingentlərin göndərilməsi ilə bağlı davam edən müzakirələri başqa cür izah etmək çətindir. Biz dəfələrlə bildirmişik ki, bu halda həmin qüvvələr silahlı qüvvələrimiz üçün qanuni hədəf olacaq”, – Sergey Lavrov vurğulayıb. Geri qayıt |