Əsas Səhifə > Güney Press / Ana xəbər > "Gürcü arzusu" azərbaycanlıların ürəyincə olmayıb

"Gürcü arzusu" azərbaycanlıların ürəyincə olmayıb


30-05-2014, 12:15
"Gürcü arzusu" azərbaycanlıların ürəyincə olmayıb
“Mən o işlərlə bağlı partiyadan getməyi düşünürəm”. Bunu Aktual.az-a Gürcüstan parlamentinə Vahid “Milli Hərəkat” partiyasından üzv seçilmiş, azərbaycanlı millət vəkili Azər Süleymanov Qardabanidə soydaşlarımızla gürcülər arasında baş verən qarşıdurmaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, artıq Gürcüstanda ciddi hadisələr baş verir və azərbaycanlılara qarşı 90-cı illərin münasibəti göstərilir: “Qardabanidəki insident zamanı da o şüarlar yenidən gündəmə gəldi. Gürcülər çayxanada həmvətənlərimizə hücum edərək “Gürcüstan sizin yeriniz deyil, qayıdın Azərbaycana”, “Siz tatarsınız” kimi şuarları 90-cı illəri xatırladır”.

Azər Süleymanov deyib ki, azərbaycanlılara qarşı ayrı-seçkilik bir ay bundan əvvəl özünü qabarıq şəkildə göstərməyə başlayıb:

“Hakimiyyətdə olan “Gürcü arzusu” partiyası Cavaxetiyada iki erməni üzvünü icra hakimiyyətinə namizəd irəli sürdü, amma həmin partiya bir azərbaycanlını belə özünə yaxın buraxıb, namizədliyini irəli sürmədi. İndi artıq Gürcüstan dövləti baş nazirindən tutmuş adi məmurlarına qədər azərbaycanlılara qarşı açıq nifrətini büruzə verir. Qardabanidəki fakt, azərbaycanlılara hücum edilməsi böyük sui-qəsddir. Hadisələrin axarı isə heç də yaxşı sonluq vəd etmir”, - deyə deputat fikrini yekunlaşdırıb.

Geri qayıt