Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovun daha bir kadrının özbaşınalığı ortaya çıxdı

Ziya Məmmədovun daha bir kadrının özbaşınalığı ortaya çıxdı


30-05-2014, 12:11
Ziya Məmmədovun daha bir kadrının özbaşınalığı ortaya çıxdı
Ötən gün xəbər vermişdik ki, Goranboyda fəaliyyət göstərən Gips Zavodunda fəhlələri qul kimi işlədirlər. JAM.AZ-a daxil olmuş məlumatlarda vurğulanırdı ki, türk vətəndaşlarının işlətdiyi zavodun işçiləri Əmək Məcəlləsində nəzərdə tutulmuş müddətdən daha artıq işlədilsə də, onlara istirahət hüququ tanınmır.

JAM.AZ-a daxil olan bir başqa məlumat isə В«Körpü Bina TikintiВ» MMC ilə bağlıdır. 2001-ci ildə yarıdılmış bu şirkət Bakıda və rayonlarda fəlaiyyət göstərir. Azərbaycanda sənaye obyektlərinin, yaşayış binalarının, körpülərin, neft kəmərlərinin, su kanallarının, yanacaqdoldurma stansiyalarının (YDS), istilik elektrik stansiyalarının (İES) tikintisi, dəmir yollarının çəkilməsi, torpaq işləri, bünövrələrin qoyulması, svay işlərinin həyata keçirilməsi ilə məşğul olan şirkət demək olar ki, görülən işlərin tamamını öz əlinə keçirib. Müəssisənin tərkibində beton zavodları, qum, çınqıl istehsal edən karxanalar da fəaliyyət göstərir.

Məlumatda vurğulanır ki, Xəlil Göyüşovun rəhbəri olduğu şirkət nəqliyyat naziri Ziya Məmmədovun himayəsindədir. Məhz nazirin sayəsində В«Körpü Bina TikintiВ» MMC Bakıdakı ən böyük tenderlərin qalibi olub. JAM.AZ-a çatan məlumatlarda vurğulanır ki, bu şirkətdə də fəhlələrdən qul kimi istifadə olunur. Belə ki, Xəlil Göyüşovun təlimatına əsasən şirkətdə işləyən işçilərə il ərzində yalnız 2 gün istirahət verilə bilər. O da 31 dekabr və 21 mart günlərində mümkündür. Qalan bütün günləri iş başında olmalıdırlar. İş saatı isə hər gün səhər saat 08:00-dan axşam saat 19:00-a qədərdir.

Həmin məlumatlarda vurğulanır ki, Xəlil Göyüşov təkcə fəhlələri qul kimi işlətmir, həm də bir sıra qanunsuz hərəkətləri ilə diqqəti çəkir. Məsələn, В«Körpü Bina TikintiВ» MMC-nin indiyə qədər vergi orqanları tərəfindən yoxlanılmadığı deyilir. Eyni zamanda, tikinti işlərində keyfiyyətsiz materiallardan istifadə olunması bir neçə dəfə problemlərin meydana gəlməsinə səbəb olub. Belə ki, В«AzneftВ» meydanında bir neçə il öncə tikilən yeraltı keçidlərdə yaranan problemləri buna əyani misal kimi göstərmək olar.

JAM.AZ-ın əldə etdiyi məlumatda o da vurğulanır ki, Xəlil Göyüşovun oğlu, həm də В«avtoşВ»luğu ilə ad çıxarıb. Atasının pulları hesabına Ramiz Göyüşov В«Range RoverВ», В«BMW X6В», В«CadillacВ», В«BentleyВ», В«MaseratiВ» kimi bahalı maşınlar sürərək şəhərdə В«avtoşluqВ» edir. Hətta DYP əməkdaşları onu saxlamaq üçün cəhd etsələr də, buna nail ola bilmirlər. Problem yarandıqda isə atası işə qarışaraq, müvafiq qurumlarla problemi çözür.

Bundan əlavə, Ramiz Göyüşovun hərbi xidmətdən yayındırılması halları da var. Elə buna görə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbəsinin əliylə ona В«hərbi biletВ» təşkil edilib ki, bununla da onu hərbi xidmətdən yayındırmaq mümkün olub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt