Əsas Səhifə > Güney Press / Ana xəbər > Gələn il qaz limitləri ləğv oluna bilər
Gələn il qaz limitləri ləğv oluna bilər6-12-2025, 12:18 |
|
Qaz sərfiyyatının artması fonunda əhali arasında limitlərin ləğvi məsələsinə dair narahatlıq yenidən gündəmə gəlib. İnsanlar xüsusilə qış mövsümündə limitlərin tez dolması və əlavə ödənişlərin artması ilə bağlı suallar ünvanlayırlar. Maraqlıdır, qaz limitinin ləğvi mümkündürmü? Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlmasında bildirib ki, ölkədə kommunal xidmətlər üzrə bütün tarif qərarlarını Nazirlər Kabineti yanında Tarif Şurası verir və bu məsələ uzun müddətdir müzakirə olunsa da, real addım atılmayıb. Ekspertin sözlərinə görə, qaz və işıq limitlərinin aradan qaldırılması ilə bağlı əvvəllər müəyyən müzakirələr aparılsa da, artıq bu mövzu gündəmdə deyil:
Natiq Cəfərli həmçinin qeyd edib ki, gələn ildən su və digər kommunal xidmət tariflərinin artırılması ilə bağlı çağırışlar səslənir. Dövlət şirkətləri yüksək maya dəyəri və xərclərin gəlirləri ödəməməsi fonunda öz narahatlıqlarını bildirirlər. Ekspert hesab edir ki, məhz bu səbəbdən qaz limitinin ləğvi real görünmür:
Geri qayıt |