Əsas Səhifə > Güney Press > BMT-də ukraynalı uşaqlarla bağlı səsvermə oldu

BMT-də ukraynalı uşaqlarla bağlı səsvermə oldu


Bu gün, 09:24

BMT Baş Assambleyası ukraynalı uşaqların geri qaytarılması ilə bağlı qətnamə qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, səsvermə dekabrın 3-də Assambleyanın 11-ci növbədənkənar sessiyasında keçirilib.
Qətnamə Rusiyadan məcburi oğurlanmış və ya deportasiya edilmiş ukraynalı uşaqların dərhal, təhlükəsiz və qeyd-şərtsiz geri qaytarılmasını təmin etməyi tələb edir.
Bundan əlavə, Rusiya məcburi oğurluq, deportasiya, ailələrdən və qanuni qəyyumlardan ayrılması, statusun dəyişdirilməsi, o cümlədən vətəndaşlıq və sonradan ukraynalı uşaqların övladlığa götürülməsi və uşaqların ideoloji cəhətdən aşılanması praktikasına dərhal son qoymağa çağırılır.
BMT Baş Assambleyası 91 lehinə səslə qətnaməni qəbul edib.
Rusiya ilə yanaşı, daha 11 ölkə buna qarşı çıxıb: Belarus, Burkina Faso, Burundi, Kuba, Şimali Koreya, Eritreya, İran, Mali, Nikaraqua, Niger və Sudan.
Çin, Hindistan, Mərkəzi Asiya respublikaları və Ermənistan da daxil olmaqla 57 ölkə səsvermədə bitərəf qalıb. Türkiyə və Azərbaycan da daxil olmaqla 30-dan çox ölkə səsvermədə iştirak etməyib.


Geri qayıt