Əsas Səhifə > Güney Press > Bakıda sığınacaqda kondisioner DAVASI
Bakıda sığınacaqda kondisioner DAVASIBu gün, 17:13 |
|
Bakıda reabilitasiya müəssisəsində dava olub. Lent.az xəbər verir ki, hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonu Zabrat-Pirşağı yolunda yerləşən Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində qeydə alınıb. Yaşayış yerləri olmadığı üçün burada qalan iki şəxs arasında kondisioner üstündə dava düşüb. Belə ki, 67 yaşlı Nicat Rüstəmov gecə saatlarında kondisionerin səsindən onun nasaz olduğunu düşünüb və cihazı söndürüb. Onun otaq yoldaşı isə yuxudan oyanıb Nicatın kondisioneri söndürməsinə əsəbiləşib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı qarşı tərəf Nicata erməni deyib. Bu söz isə onun xoşuna gəlməyib və otaq yoldaşının sinəsində oturaraq sifətinə 2-3 dəfə yumruq zərbəsi vurub. Nəticədə zərərçəkənin burnu sınıb və digər xəsarətlər alıb. Bu əməlinə görə Nicat Rüstəmov barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsilə cinayət işi açılıb. Təqsirləndirilən Nicat Rüstəmov ifadəsində otaq yoldaşını sırf erməni sözünə görə vurduğunu və əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə, bu hadisəyə görə hər ikisini sığınacaqdan xaric ediblər. Zərərçəkən şəxs isə Nicatla barışmaq fikrində olmadığını və ona ağır olmasa da, cəza verilməsini istəyib. Sabunçu rayon Məhkəməsinin qərarı ilə Nicat Rüstəmov barəsində 1 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Geri qayıt |