Əsas Səhifə > Güney Press > Yerli ət bazarında SON VƏZİYYƏT

Yerli ət bazarında SON VƏZİYYƏT


Bu gün, 16:46

”Bu qıtlıq aradan qalxmayana qədər yerli ət bazarında canlanmanın baş verməsi mümkün deyil”.

Bunu Yenicag.az– a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli yerli ət bazarındakı mövcud vəziyyəti şərh edərkən deyib.

Ekspert qeyd edib ki, dabaq xəstəliyindən dolayı yaranan qıtlıq hələ ki aradan qalxmayıb:

“Bu qıtlıq aradan qalxmayana qədər də yerli ət bazarında canlanmanın baş verməsi mümkün deyil. Amma proses əksinə gedir. Yerli ətin bazarda yerini idxal əti tutmağa başlayır ki, bu da yerli istehsalın zəifləməsinə, zəif olan heyvandarlığın bir qədər də təzyiq altına salınmasına gətirib çıxarır. Belə bir vəziyyət gələcəkdə ölkənin xarici bazarlardan asılılığını artıracaq. Ona görə də bu problemlərin aradan qaldırılması üçün hökumət təxirəsalınmaz tədbirlər həyata keçirməlidir”.


Geri qayıt