Əsas Səhifə > Güney Press > “Azsığorta”nın pul vəsaitləri son bir ildə 51% azalıb

“Azsığorta”nın pul vəsaitləri son bir ildə 51% azalıb


Bu gün, 16:27

“Azsığorta” ASC-nin cəmi aktivləri son bir il ərzində 1.07 milyon manat və ya təxminən 3.4% azalıb. Əsas azalma pul vəsaitləri ilə əlaqəlidir.

Banker.az bunu sığorta şirkətinin 2025-ci ilin ilk üç rübünün sonuna olan hesabatında qeyd edilir. Belə ki, 2024-cü ilin 1 oktyabr tarixinə 31.83 milyon manat olan aktivlər cari ilin eyni dövründə 30.76 milyon manata enib.

Sığorta şirkətinin likvid aktivləri olan pul vəsaitləri və onların ekvivalentləri 1.99 milyon manatdan 0.98 milyon manata düşüb, ki bu da illik 1.01 milyon manat azalma və ya təxminən 50.7% kəskin eniş qeydə alınıb.

İnvestisiya aktivləri 24.61 milyon manatdan 25.98 milyon manata yüksəlib, bu da 1.37 milyon manat və ya təxminən 5.6% artım deməkdir.

Uzunmüddətli aktivlər ilik 17.3% artımla 14.43 milyon manata yüksəlib.


Geri qayıt