Əsas Səhifə > Güney Press > Vəkil Əli Kərimlidən xəbər gətirdi
Vəkil Əli Kərimlidən xəbər gətirdiBu gün, 16:19 |
|
Vəkil Fəxrəddin Mehdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə görüşüb. Bunu “Yeni Sabah”a açıqlamasında partiya sədrinin müavini Seymur Həzi deyib. Onun sözlərinə görə, Ə.Kərimlinin səhhəti qaydasındadır və saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Bundan başqa, AXCP sədrinin vəkilləri Aqil Layic və Fəxrəddin Mehdiyev Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. Şikayətdə Ə.Kərimli barədə seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi və siyasətçinin azadlığa buraxılması istənilib. Xatırladaq ki, DTX noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib. Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar. Geri qayıt |