Əsas Səhifə > Güney Press > “Ramiz Mehdiyevin cinayət işi məsələsində xalqla dövlətin mövqeyi üst-üstə düşür”
“Ramiz Mehdiyevin cinayət işi məsələsində xalqla dövlətin mövqeyi üst-üstə düşür”Bu gün, 16:07 |
|
“Ramiz Mehdiyevin cinayət işi çərçivəsində ortaya çıxan faktlara və Əli Kərimlinin iştirakı barədə məlumatlara Azərbaycan ictimaiyyətinin reaksiyası onu deməyə əsas verir ki, cəmiyyət dövlətinə xəyanət etmiş şəxslərin cəzalandırılmasını gözləyirmiş və dövlətinin maraqlarını kənar ölkəyə satan insanlar barədə qanuni ölçü götürmək həm də bir ictimai sosial sifariş idi”. A.Hüseynovun sözlərinə görə, dövlətin mövqeyi, məsələlərə “kimliyindən, hansı vəzifədə işləməsindən, hansı status daşımasından asılı olmayaraq milli maraqları satanlara qarşı güzəşt ola bilməz” münasibəti ortadadır: “Xalqımız və ictimaiyyət də vətənin maraqlarını hakimiyyətə gəlmək məqsədinə qurban verməyə hazır olanlara, milli maraqları kənar qüvvələrin maraqlarına satmaq istəyənlərə qanunun sərt üzünün tətbiq olunmasının tərəfdarıdır. Ona görə də əminliklə söyləyə bilərəm ki, bu məsələlərdə dövlətlə xalqımızın münasibəti, mövqeyi tamamilə üst-üstə düşür”. Geri qayıt |