Əsas Səhifə > Güney Press > Yeni il ərəfəsində hotellərdə qiymətlər bahalaşdı
Yeni il ərəfəsində hotellərdə qiymətlər bahalaşdıBu gün, 15:39 |
|
Azərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yaxınlaşdıqca hotellərdə qiymətlər də dəyişir. Bayram tətilini səmərəli keçirmək üçün təklif edilən kampaniyalarda istirahət mərkəzlərinin, hottellərin dəyəri artıb. Teleqraf-ın araşdırmasına əsasən, ən yüksək bayram qiymətləri Şahdağ Turizm Mərkəzində yerləşən bəzi hotellərdədir. Məsələn, "Pik Place Şahdağ"da 31 dekabr – 2 yanvar tarixlərini əhatə edən üç günlük qonaqlama paketləri 2 125 manatdan başlayaraq 3 570 manata qədər yüksəlir. Şamaxıda yerləşən "Shamakhi Palace Sharadil" hotelinin rəsmi məlumatlarında eyni tarixlər üçün üç günlük qalma 1 980 manatdan başlayır. İsmayılladakı "Basqal Resort & Spa"da 31 dekabr – 2 yanvar arası qonaqlama 1 860 manatdan başlayır. Hotelin nəzdnindəki daha böyük ailələr üçün nəzərdə tutulan 6 nəfərlik villaların qiymətləri isə təxminən 5030 manat civarındadır. Qəbələdə yerləşən "Qafqaz Tufandağ" hotelində yeni ili qarşılamaq 1699 manatdan başlayır. "Lankaran Springs Wellness Resort" isə bayram paketi 1 500 manat təşkil edir. Şəkidə yerləşən "Marxal Resort & Spa"da da oxşar qiymətlərdir. Həmin tarixlərdə Hoteldə qonaqlama 840 – 1 820 manat intervalında dəyişir. Bölgələrdə nisbətən daha münasib qiymətləri ilə seçilən hotellər də var. Məsələn, "Gabala Garden Hotel", "Şheki palace" və "Shusha" hoteldə qiymətlər daha münasibdir. Belə ki sözügedən hotellərdə dekabrın 31-dən yanvarın 2-ə qədər olan müddətdə qonaqlama xidməti müvafiq olaraq 986, 660 və 950 manatdır. Yeni il şənliklərini hotellərdə deyil, dağ mənzərəli istirahət mərkəzlərində isti hovuzlu kotteclərdə, villalarda qeyd etməyə üstünlük verənlər də az deyil. Bu seqmentdə fəaliyyət göstərən "Castle Resort & SPA"-da günlük qiymətləri təxminən 79 manat, "Mount Cabins"də isə 75 manatdır. Xatırladaq ki, rəsmi statistikaya əsasən ötən il yeni il ərəfəsində ictimai iaşə xidmətləri sahəsində dövriyyə 280 min 601,9 təşkil edib. Bu göstərici 2023-cü ilin eyni ayı ilə müqayisədə 20,7 faiz artıb. Geri qayıt |