Əsas Səhifə > Güney Press > Zəngilanın su sistemi yenilənəcək
Zəngilanın su sistemi yenilənəcəkBu gün, 14:23 |
|
"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Zəngilanda tikinti işləri üzrə tenderin qalibini müəyyənləşdirib. "DİA-AZ" xəbər verir ki, qurum tərəfindən Zəngilan şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin LS sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində elan edilmiş tenderin nəticəsi açıqlanıb. Tenderin qalibi "Körpü-Bina-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 6 milyon 314 min 322 manat təşkil edir. Ehtimal oluna qiymət isə 8 milyon 595 min 634 manatdır. Şirkətin son dövrlərdə qazandığı digər layihələr aşağıdakılardır: Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya və qaz) qurulması üzrə keçirilən tenderin qalibi olub. Müqavilənin dəyəri 29 milyon 983 min 233 manat təşkil edib. (23.01.2025). Həmin qurumun sifarişi ilə Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-120 üzrə binaların tikintisi işlərini də bu şirkət icra edəcək. Bu tenderin dəyəri 13 milyon 800 min 57 manat olub (29.07.2025). Dövlət Sərhəd Xidməti tərəfindən Goradil qəsəbəsində yerləşən "Sərhədçi" istirahət mərkəzində cari təmir işləri üzrə keçirilən tenderdə qalib gəlib. Müqavilənin məbləği 460 min 397 manatdır (29.07.2025). İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması (2-ci mərhələ) ilə bağlı keçirilən tenderin qalibi olub. Bu, şirkətin qazandığı ən iri layihələrdən biridir və müqavilənin dəyəri 138 milyon 800 min 96 manat təşkil edib (19.12.2024). Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 17.09.2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 300 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli 2, ev.1 ünvanında yerləşir. Geri qayıt |