Əsas Səhifə > Güney Press > "Jurnalistlər binası"nda "BakıKart" aparatı yoxa çıxdı
"Jurnalistlər binası"nda "BakıKart" aparatı yoxa çıxdıBu gün, 13:04 |
|
“Jurnalistlər binası” kimi tanınan ərazidə ötən həftədən “BakıKart”a məxsus ödəniş aparatı ilə bağlı problem yaranıb. Bir neçə ay öncə həmin aparatın dəmir pul yerləşdirilən hissəsinin bağlanması ilə bağlı xəbər paylaşmışdıq. Bildirilmişdi ki, təmirdən sonra istifadəyə veriləcək. Həqiqətən də, həmin məsələ həllini tapdı, lakin indi sakinlərin dəmir puldan da böyük problemi var – aparatın özü bir neçə gündür ki, ərazidən götürülüb və bununla bağlı xəbər verilməyib. Lent.az aparatın “qeybə çəkilməsi” ilə bağlı “BakıKart”a sorğu ünvanlayıb. Lakin qurumdan sorğumuza cavab verilmir. Geri qayıt |