Əsas Səhifə > Güney Press > Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər

Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər


Bu gün, 13:00

Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ adı çəkilməyən məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Ermənistan və Türkiyə Xarici İşlər nazirlikləri “Bloomberg“in məsələ ilə bağlı sorğusuna cavab verməyiblər.

Anonim mənbənin məlumatına görə, Ermənistanın Azərbaycanla diplomatik münasibətlərdə əldə etdiyi irəliləyiş və Türkiyə ilə quru sərhədlərinin açılması Baş nazir Nikola Paşinyana gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərində kömək edə bilər.


Geri qayıt