Əsas Səhifə > Güney Press > Yanğına səbəb olan obyekt sahibinin külli miqdarda borcu varmış
Yanğına səbəb olan obyekt sahibinin külli miqdarda borcu varmışBu gün, 12:17 |
|
Bakının Yasamal rayonu, Mirəli Seyidov 19A ünvanında yerləşən və yanğın baş verən binada obyekti olan sahibkar Vüqar Abbasovun binanı idarə edən quruma külli miqdarda borcu varmış. “Yeni Sabah” xəbər verir ki, bunu orada yaşayan jurnalist Heydər Mirzə bildirib. O, sosial şəbəkə hesabında V.Abbasovun adına tərtib olunmuş maliyyə arayışını paylaşıb.
MMMC tərəfindən tərtib olunmuş sənəddə göstərilir ki, sahənin ümumi kvadratmetrinə görə hesablanmış aylıq ödəniş 403,62 manat təşkil edib və bu məbləğ ödənilmədən yığılıb. V.Abbasov sözügedən binada yerləşən LOFT restoranının və “Loft Dent” klinikasının sahibidir. Qeyd edək ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı ölüb. Geri qayıt |