Əsas Səhifə > Güney Press > TIR böhranının arxasında hansı qüvvələr dayanır?
TIR böhranının arxasında hansı qüvvələr dayanır?Bu gün, 11:22 |
|
Azərbaycandan gedən TIR-ların Tbilisi və Batumi gömrüyündən buraxılmaması xəbərləri yayılır. Təkcə yükdaşımalar deyil, vətəndaşların gömrük postundan buraxılmasında da problem yaranıb. Bəzi məlumatlara görə, Gürcüstan tərəfi keçiddə gecikmələri yolların qarla örtülməsiylə izah edir. Lakin vəziyyətin kimlərsə tərəfindən məqsədli şəkildə gərginləşdirilməsinə cəhd edildiyi də bildirilir. Yol-nəqliyyat, logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Şərq”ə açıqlamasında bildirdi ki, bu məsələ sosial şəbəkələrdə yayılıb və dövlət orqanları problemi operativ həll ediblər. Həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyi də: - Belə halların təkrarlanmaması üçün aidiyyəti dövlət strukturları mütəmadi əlaqədədirlər. Çox diqqətli olmaq lazımdır. Azərbaycanla Gürcüstan arasında strateji əməkdaşlıq var və hər iki tərəf bundan faydalanır. Həmçinin də Avropa qitəsinin enerji təhlükəsizliyi təmin olunur. Logistik olaraq da çox vacib bir bağlantıdır. Xəzərlə Qara dənizi əlaqələndirən, Transqafqaz dəmir yolu, Bakı-Tbilisi-Qars kimi layihələr bu gün qitəni əlaqələndirən yeganə sanksiya altına düşməyən ölkələrdən keçən bir əlaqədir. Ona görə də burada iki dövlət arasındakı münasibətlərin soyumasında müxtəlif tərəflərdən maraqlı qüvvələr ola bilər. Biz buna fürsət verməməliyik. Emosiyalara qapılmadan vəziyyəti rasional qiymətləndirib mane olan nə varsa önünü almalıyıq. Hazırda Azərbaycanla Gürcüstan arasında bir neçə layihə icra olunur, bir neçəsinin icrası planlaşdırılır. “Yaşıl enerji” koridoru ilə bağlı həmçinin Gürcüstan bu ilin sonuna qədər Şərq-Qərb dəhlizi üzrə dəmir yolunda sürəti artırır. 2026-cı ildən etibarən Gürcüstanda yük qatarları daha sürətli hərəkət edəcək. Bu artım Kveşeti–Xaraqauli–Zestafoni dəmir yolu sahəsinin açılması, marşrutun modernləşdirilməsi və rəqəmsallaşdırılması sayəsində mümkün olacaq. Yeni xətt tranzit müddətini 24 saatdan 12 saata endirəcək. Bu növ həllər Orta Dəhlizin əhəmiyyətini artırır. Azərbaycan Avropa qitəsinə qaz təchiz edən ölkədir. Qaz kəmərləri, Cənub qaz dəhlizi də Gürcüstan ərazisindən keçir. Qaz nəqlinin 2 dəfə artırılması hədəf qoyulub. Azərbaycan bu marşrutların şaxələnməsi və bundan ümumən Cənubi Qafqazın faydalanması üçün işlər görür. Gürcüstan mediasında kənar təsirlər nəticəsində Zəngəzur dəhlizi ilə bağlı yanlış fikirlər formalaşır, Gürcüstan cəmiyyətində də həmçinin. Biz bu fikirlərin, bu cür yanaşmanın ziyanlı olduğunu həm Gürcüstan tərəfinə çatdırmalıyıq, həm öz ölkəmizdə, daxili auditoriyaya. Əsas məsələ budur ki, aramızı vurmaq istəyənlərə fürsət verməməliyik. Hazırda bölgədə ciddi hərəkətlilik müşahidə olunur. Hibrid təhlükələr mövcuddur. Amma əminik ki, Azərbaycan dövlət strukturları problemi həll edəcək iradəyə sahibdirlər. Geri qayıt |