Əsas Səhifə > Güney Press > Ermənistan 2029-cu ilədək müdafiə sənayesinin inkişafına 393 milyon dollar yönəldəcək
Ermənistan 2029-cu ilədək müdafiə sənayesinin inkişafına 393 milyon dollar yönəldəcəkBu gün, 11:19 |
|
Ermənistan müdafiə sənayesinin inkişafını nəzərdə tutan üçillik müqavilələr siyasətini davam etdirərək 2026-2028-ci illərdə bu məqsədlər üçün 150 milyard dramdan (393 milyon dollar) çox vəsait ayırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan sosial şəbəkədə yazıb. "Ermənistan Müdafiə Nazirliyi artıq 30 şirkətlə yeni üçillik müqavilələrlə bağlı müzakirələrə başlayıb. Hərbi sənayenin inkişafına yönəlmiş birinci üçillik proqram çərçivəsində 28 şirkətlə 2023-2025-ci illər üçün 171 milyard dramdan (448 milyon dollar) artıq məbləğdə müqavilələr imzalanıb. Bu, Ermənistan Respublikasının hərbi-sənaye kompleksinin inkişafının təməl daşı olub", - o yazıb. Geri qayıt |