Əsas Səhifə > Güney Press > Paşinyan təşvişdə
Paşinyan təşvişdəBu gün, 10:58 |
|
“Tramp yolu” və ya Zəngəzur dəhlizi açılsa belə, Türkiyə Ermənistanla sərhədləri açmaya bilər. Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb. “Hökumətdəki mənbələrimiz bildirirlər ki, Nikol Paşinyan bir neçə gün əvvəl xüsusi nümayəndəsi Ruben Rubinyanı qəbul edərək, Türkiyə ilə münasibətlərin inkişaf dinamikası və sərhədin açılması ilə bağlı vəziyyəti müzakirə edib. Rubinyan görüşdə bildirib ki, Türkiyə ilə sərhədlərin açılması prosesini sürətləndirmək cəhdləri hələlik heç bir nəticə vermir, böyük ehtimalla, hətta “Tramp yolu”nun işə düşməsindən sonra belə Anklara sərhədi açmayacaq. Ən yaxşı halda gözlənilə biləcək şey 2026-cı ilin yanvarından diplomatik pasport sahibləri üçün sərhədin açılmasıdır. Amma bu da hələ dəqiq deyil. Paşinyan cavabında deyib ki, Türkiyə sərhədi açmasa, onda “Tramp yolu”nun rentabelliyi və ümumi məntiqi sual altına düşəcək. O, həmçinin qeyd edib ki, şəxsən ABŞ-nin Türkiyədəki səfiri Tomas Barakdan xahiş edəcək ki, məsələnin həlli üçün bu məlumatı Donald Trampa çatdırsın”, - mənbə yazıb. Xatırladaq ki, Türkiyə sərhədlərin açılmasının Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına bağlı olduğunu açıqlamışdı. Geri qayıt |