Əsas Səhifə > Güney Press > Əməkdar artist ƏSƏBİLƏŞDİ

Əməkdar artist ƏSƏBİLƏŞDİ


Bu gün, 10:55

“Belə şeylər toya görədir, oxuyurlar ki, onları toya aparsınlar”.

Yenicag.az xəbər verir ki, bu sözləri muğam ifaçısı, Əməkdar artist Bəsti Sevdiyeva “Həftənin qonağı” verilişində deyib.

“O ifa arası muğam oxuyanlar var e, ay “anam belə gəldi”, nə bilim, “anam belə getdi” – bu, muğam deyil. Belə şeylər toya görədir. Oxuyurlar ki, onları toya aparsınlar. Muğam sənətinə toxunmaq olmaz. Muğamı “çakka-çukka” səviyyəsində oxuyanlar var. Efirdə o cür oxumaq olmaz. Məhv olub hər şey… Diksiya, danışıq nə gündədir. Efirdə o cür danışanların yerinə utanıram. Danış ləhcəylə, amma o ləhcəni efirə gətirmə”.


Geri qayıt