Əsas Səhifə > Güney Press / Ana xəbər > "Fateh-N" MTK-dan şikayətçi sakinlər etiraza qalxdılar

"Fateh-N" MTK-dan şikayətçi sakinlər etiraza qalxdılar

27-05-2014, 12:38
"Fateh-N" MTK-dan şikayətçi sakinlər etiraza qalxdılar
Mayın 27-i gecə saatlarında Bakının Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan çoxmərtəbəli binanın sakinləri yol bağlayaraq aksiya keçiriblər. Sakinlərin etiraz aksiyası keçirməsinə səbəb isə 2005-ci ildə ev aldıqları “Fateh-N” MTK şirkətinin rəhbərliyinin binanı yarımçıq qoyaraq ölkədən qaçması olub. Təxminən 50-yə yaxın bina sakini yaxınlıqdakı yolu bağlayıb, tikinti şirkətinin rəhbərliyində təmsil olunan şəxslərin əraziyə gələrək onlarla görüşməsini tələb ediblər. Sakinlərdən musavat.com-a verilən məlumata görə, telefonla binanı tikən şirkətin rəhbəri Mahir Kərimovla əlaqə saxlayıblar. Şirkətin rəhbəri əraziyə gəlməkdən imtina edib. Aksiyaya heç bir müdaxilə olmayıb və insidentsiz başa çatıb.

Geri qayıt