Əsas Səhifə > Güney Press > 300 km məsafədən təyyarəni məhv edə bilirlər
300 km məsafədən təyyarəni məhv edə bilirlərBu gün, 16:59 |
|
Müasir dünyada hava döyüşləri yüzlərlə kilometr məsafədə baş tuta bilir. "Hava-hava” sinfi raketlər yüksək sürətli mühərrik və müasir özünüidarəetmə başlıqları ilə təchiz edilib ki, bu da pilotlara öz qarşılarında görmədikləri hədəfləri belə məhv etməyə imkan verir.
Qaynarinfo "Wion”portalına istinadən ki, texnologiyaların inkişafı bu raketləri hava məkanında üstünlük üçün əsas vasitələrə çevirib. Nəşr məsafə, vurma ehtimalı və döyüş xüsusiyyətlərinə görə seçilən yeddi ən güclü "hava-hava” raketini təqdim edib.
1. R-37M (Rusiya)
Rusiyanın R-37M raketi "MiQ-31” və "Su-35” üçün hazırlanıb. Onun uçuş məsafəsi 400 km-ə çatır, sürəti isə 6 Max səviyyəsindədir. Raket yüksək qiymətli hədəflərin, o cümlədən təyyarələrin ələ keçirilməsi üçün nəzərdə tutulub.
Məqalədə qeyd olunur: "Onun radiolokasiya axtarıcısı və məlumat ötürmə kanalı ilə orta mərhələdə yönləndirilməsi elektron qarşı tədbirlərə baxmayaraq effektiv qalmasına imkan verir".
2. PL-15 (Çin)
Çinin PL-15 raketi Qərb silahlarına qarşı hazırlanıb. Bildirilir ki, raketin məsafəsi 300 km-dən çoxdur. O, iki impulslu mühərrik və aktiv fazalı anten qridli özünüidarəetmə başlığı ilə təchiz olunub ki, bu da radioelektron maneələrə qarşı davamlılıq yaradır.
"Raketa J-20 və J-16 kimi platformalara quraşdırılır və Çinin hava üstünlüyü doktrinasının əsas elementi sayılır”, deyə məqalədə qeyd olunur.
3. AIM-260 JATM (ABŞ)
ABŞ-ın AIM-260 taktiki raketi Asiyada raket texnologiyalarının sürətli inkişafına cavab olaraq yaradılıb. Raketlə bağlı bir çox məlumatlar məxfiləşdirilib, lakin bəzi məlumatlara görə, AIM-260-ın uçuş məsafəsi 200 km-dən çoxdur.
Bu raket xüsusi olaraq stels təyyarələrinə və yüksək manevrli qırıcıların qarşısını almaq üçün hazırlanıb.
4. AIM-120D AMRAAM (ABŞ)
AIM-120D dünyanın ən uğurlu uzaq məsafəli raketlərindən biri hesab olunur. O, 180 km-ə qədər məsafəni qət edə bilir və müxtəlif münaqişələrdə effektivliyini göstərib.
"GPS-lə yönləndirmə və iki tərəfli məlumat ötürmə kanalı raketin orta mərhələdə trayektoriyasının yenilənməsinə imkan verir və hədəf istiqamətini dəyişsə belə yönləndirməni davam etdirir”, deyə "Wion” yazır.
5. Meteor (Avropa İttifaqı)
MBDA tərəfindən hazırlanmış "Meteor" raketinin uçuş məsafəsi təxminən 150 km-dir. Onu fərqləndirən əsas xüsusiyyət isə çox geniş "çıxışsız zona”nın olmasıdır. Bu göstərici birbaşa reaktiv mühərrikin tətbiqi ilə əldə edilib. Raket uçuşun son mərhələsinə qədər enerjisini qoruyur ki, bu da hədəfin yayınma imkanlarını minimuma endirir.
6. Astra Mk-2 (Hindistan)
Hindistan istehsalı "Astra Mk-2" raketi DRDO tərəfindən hazırlanıb. Onun uçuş məsafəsi təxminən 160 km-dir. Raket həm buraxılışdan əvvəl, həm də buraxılışdan sonra yönləndirmə funksiyasını dəstəkləyir.
"Su-30MKI, "LCA Tejas" və "MiQ-29" platformalarına inteqrasiya davam edir. Daha böyük uçuş məsafəsinə malik iki impulslu mühərrikli Astra Mk-3 raketinin inkişafı üzərində də iş aparılır”, deyə məqalədə bildirilir.
7. Python-5 (İsrail)
"Python-5" raketinin uçuş məsafəsi siyahıdakı digərləri qədər böyük olmasa da, yaxın məsafəli döyüşdə ən təhlükəli raketlərdən biri hesab olunur. Raket elektrooptik axtarıcı ilə təchiz edilib və yüksək manevr qabiliyyəti sayəsində böyük sapma bucaqlarında belə hədəfi uğurla vurur.
Geri qayıt |