Əsas Səhifə > Güney Press > Azərbaycandakı Britaniya şirkətinin London birjasında səhm ticarəti dayandırılıb

Azərbaycandakı Britaniya şirkətinin London birjasında səhm ticarəti dayandırılıb


Bu gün, 16:16

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” (AAM) şirkətinin səhmlərinin London birjasında (AIM) ticarəti müvəqqəti dayandırılıb.

Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib. Qeyd edilib ki, mədən şirkətinin səhmlərinin AIM bazarında ticarəti 26 noyabr 2025-ci il, Bakı vaxtı ilə 14:54-dən etibarən şirkətin xahişi ilə müvəqqəti olaraq dayandırılıb.

Əlavə edilib ki, ticarəti dayandırılan aktivlər "Anglo Asian Mining"in tam ödənilmiş 1 pennilik adi səhmləridir (ISIN: GB00B0C18177).

Xatırladaq ki, AAM 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.


Geri qayıt