Əsas Səhifə > Güney Press > Mers, Makron və Starmer Rubio ilə Ukrayna üzrə razılığa gəldilər
Mers, Makron və Starmer Rubio ilə Ukrayna üzrə razılığa gəldilərBu gün, 02:23 |
|
Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ dövlət katibi Marko Rubio ilə birgə Ukraynaya təhlükəsizlik təminatları üzrə işlərin sürətləndirilməsi barədə razılığa gəliblər. Teleqraf xəbər verir ki, bu barədə görüşün yekunlarına dair yayılan birgə bəyanatda qeyd olunur. Sənəddə bildirilir ki, son aylarda təhküsəzlik arzulayanlar koalisiyası çərçivəsində aparılan fəaliyyətə əsaslanan tərəflər Vaşinqtonla əməkdaşlığın daha da intensivləşdirilməsi barədə qərar veriblər. Liderlər həmçinin öz ölkələrinin müdafiə qurumlarına bu istiqamətdə ümumi planlaşdırma işlərini yekunlaşdırmağı tapşırıblar. Geri qayıt |