Əsas Səhifə > Güney Press > Ukrayna Amerika sülh planının şərtləri ilə razılaşdı

Ukrayna Amerika sülh planının şərtləri ilə razılaşdı


Bu gün, 18:06

Ukrayna hakimiyyəti Rusiya ilə münaqişənin həlli üçün Tramp administrasiyası tərəfindən hazırlanmış sülh planı ilə razılaşıb.
Yeniavaz.com
“ABC News” telekanalına istinadla xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi qeyd edib.
Mənbə onu da qeyd edib ki, sülh planının bəzi aspektləri hələ də əlavə dəqiqləşdirmə tələb edir. “Ukraynalılar sülh sazişi ilə razılaşıblar. Bəzi xırda detallar var ki, onları dəqiqləşdirmək lazımdır”, - telekanal onun sözlərindən sitat gətirib.
Qeyd edək ki, daha əvvəl “Politico” nəşri mənbələrə istinadla bildirmişdi ki, ABŞ-nin quru qoşunları naziri Deniel Driskoll çərşənbə axşamı Əbu-Dabidə keçiriləcək görüşdə Ukrayna nizamlanmasına dair 28 deyil, 19 bəndlik planı Rusiya tərəfinə təqdim edəcək.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan etmişdi ki, Kreml Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidəki təmasları ilə bağlı mətbuatda çıxan xəbərləri diqqətlə izləyir, lakin hazırda bununla bağlı elə bir yenilik yoxdur.


Geri qayıt