Əsas Səhifə > Güney Press > 30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı
30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydıBu gün, 17:24 |
|
İran hökumətinə müxalif olan 30-dan çox təşkilat, siyasi-mədəni qrup və vətəndaş cəmiyyəti birgə bəyanat imzalayaraq Tehranın Evin həbsxanasında saxlanılan və aclıq aksiyası keçirən azərbaycanlı mədəni fəallara dəstək veriblər. Axar.az xəbər verir ki, bu haqda bəyanatı imzalayan qurumların saytlarında məlumat yayılıb. Bəyanatı imzalayanlar azərbaycanlı məhbuslara qarşı irəli sürülən ittihamların saxta olduğua diqqət çəkib, onların barəsində çıxarılan uzun illik həbs cəzalarını qınayıb və məhbusların işinə yenidən baxılmasını və onların sərbəst buraxlmalarını tələb ediblər. Bununla yanaşı aclq aksiyası keçirən azərbaycanlı məhbus fəalların həyatlarına olan təhlükəyə görə İran hökumətinin məsuliyyət daşıdığını bildiriblər. Qeyd edək ki, ötən ilin fevral ayında bir neçə azərbaycanl fəal həbs edilərək uzun müddətli həbs cəzasına məhkum edilib və Tehranın Evin həbsxanasına köçürülüblər. 3 həftədən çoxdur ki, həmin məhbuslardan ikisi - Tahir Nəqəvi və Vədud Əsədi barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyası keçirirlər. Azərbaycanlı fəallar "milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat", "rəhbəri təhqir etmək" və "casusluq"da günahlandırılıblar. Geri qayıt |