Əsas Səhifə > Güney Press > Bakını gəzən ermənilər maraqlı hadisəyə tuş gəliblər
Bakını gəzən ermənilər maraqlı hadisəyə tuş gəliblərBu gün, 15:34 |
|
Ermənistan mətbuatı erməni nümayəndə heyətinin noyabrın 21-22-də gerçəkləşən Bakı səfərindən yazamağa davam edir. "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində baş tutan bu səfərdə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və insan haqları fəalı Naira Sultanyan iştirak ediblər. Onun sözlərinə görə, ermənistanlı QHT nümayəndələri Bakıdakı erməni kilsəsinə də baş çəkiblər. Ekskursiyanı İrəvanda anadan olmuş və erməni dilində sərbəst danışan kitabxana mütəxəssisi Jalə Qurbanlı aparıb. F.Məmmədov xatırladıb ki, Ermənistan nümayəndə heyətinin üzvü Boris Navasardyan müharibədən əvvəl Bakıda olub, müxtəlif forum və tədbirlərdə iştirak edib, lakin nümayəndə heyətinin qalan üzvləri ilk dəfə Azərbaycana gəliblər. Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti "Sülh Körpüsü" təşəbbüsü 21-22 oktyabr tarixlərində İrəvana səfər edib. Geri qayıt |