Əsas Səhifə > Güney Press / Ana xəbər > VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat
VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinatBu gün, 15:26 |
|
Bank VTB (Azərbaycan) ASC-də yeni təyinat olub. "DİA-AZ" xəbər verir ki, Yaşar Kərimov VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü və Pərakəndə biznesin inkişafi departamentinin direktoru təyin edilib. Yaşar Kərimov 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayına kimi “Unibank”da Pərakəndə biznes üzrə Baş inzibatçı, 2019-cu ilin dekabrından 2024-cü ilin mart ayına kimi “Yelo Bank”da müxtəlif vəzifələrdə çalışıb. Yaşar Kərimov bank sahəsində 20 ildən çox təcrübəyə malikdir. O, Azərbaycan Dövlət İqtisad Universitetində “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Geri qayıt |