Əsas Səhifə > Güney Press / Ana xəbər > Mehdiyevin imtina etdiyi vəkilin xanımı yüksək vəzifədə imiş

Mehdiyevin imtina etdiyi vəkilin xanımı yüksək vəzifədə imiş


Bu gün, 12:42

Xəbər verdiyimiz kimi, hazırda ev dustaqlığında olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkil Zaur Abiyevin xidmətindən imtina edib. O, müdafiəsinin özünün seçdiyi vəkillər tərəfindən aparılmasını istəyib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Zaur Abiyevin həyat yoldaşı Kəmalə Abiyeva da vəzifədədir. Belə ki, o, Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədridir.

1979-cu il təvəllüdlü K.Abiyeva daha əvvəl Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini kimi çalışıb. Daha sonra Ali Məhkəmənin hakimi olub. 2020-ci ildə isə Kommersiya Kollegiyasının sədri postuna keçib.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsindəki cinayət işi üzrə proses davam edir.

Xatırladaq ki, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə məsuliyyətə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Geri qayıt