|
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex Motors” Məhdud Məsuliyyətli Müəssisəsi (VÖEN – 1400064731) olub. Yeniavaz.com xəbər verir ki, Fond “İmprotex Motors” MMC-dən 360 min manata 4 ədəd minik avtomobili alacaq. Məlumat üçün bildirək ki, avtomobillərin 3-ü komfort sinif tipli, 1-i isə biznes sinif tipli olacaq. Qeyd edək ki, BMW, “Rolls-Royce”, MINI və “Yamaha” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısı olan “İmprotex Motors” MMC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 325 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33-də yerləşir. Onu da qeyd edək ki, Fondun “İmprotex Motors”dan hansı marka avtomobil alacağı açıqlanmayıb.
Geri qayıt
|