Əsas Səhifə > Güney Press / Ana xəbər > AFB Bank Marketinq Departamentinə yeni direktor təyin olundu
AFB Bank Marketinq Departamentinə yeni direktor təyin olunduBu gün, 12:07 |
|
AFB Bankın inkişaf yönümlü strategiyasının növbəti mərhələsi olaraq Marketinq Departamenti yaradılaraq departamentə direktor vəzifəsinə Rəşad Cümşüdov təyin edilmişdir. "DİA-AZ" xəbər verir ki, Rəşad Cümşüdov marketinq, korporativ kommunikasiya və brendin idarəedilməsi sahəsində 15 ildən artıq peşəkar təcrübəyə malikdir. O, fəaliyyətinin müxtəlif mərhələlərində ABB, PASHA Travel, Rabitəbank və Yığım Payment System kimi Azərbaycanın aparıcı şirkətlərində rəhbər vəzifələrdə çalışaraq geniş idarəetmə təcrübəsi qazanıb. Karyerası ərzində o, strateji marketinq, rəqəmsal kanalların inkişafı, brend idarəçiliyi, PR, müştəri loyallığı proqramları, həmçinin korporativ səviyyəli rebrendinq təşəbbüsləri daxil olmaqla, 150-dən artıq uğurlu layihəyə rəhbərlik edib. Rəşad Cümşüdovun AFB Bank komandasına qoşulması Bankın brend inkişafı, rəqəmsal marketinq, müştəri kommunikasiya strategiyaları və bazarda mövqeləndirmə istiqamətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. AFB Bank hazırda həyata keçirdiyi yenilənmiş strateji inkişaf planı çərçivəsində təşkilati strukturunu təkmilləşdirir, xidmət keyfiyyətinin artırılmasına və daxili proseslərin səmərələşdirilməsinə yönəlmiş addımlar atır. Bu çərçivədə Marketinq Departamentinin yaradılması Bankın rəqəmsal genişlənmə, bazar mövqeləndirməsi və müştəri mərkəzli yanaşma üzrə prioritetlərini daha sistemli şəkildə həyata keçirməsinə imkan verir. Geri qayıt |