Əsas Səhifə > Güney Press / Partiya > Tahir Kərimlidən Cümşüd Nuriyevə cavab

Tahir Kərimlidən Cümşüd Nuriyevə cavab


Bu gün, 10:19

Bu günlərdə Vəhdət Partiyasından qovulan Cümşüd Nuriyev partiyanın keçmiş sədri Tahir Kərimliyə qarşı sərt ittihamlar səsləndirib.

O bildirib ki, T.Kərimli hakimiyyətə sədaqət etmədiyi üçün yenidən mandatla mükafatlandırılmayıb. T.Kərimli isə Gununsesi.info-ya açıqlamasında C.Nuriyevin bu iddialarını əsassız adlandırıb.

“Vəhdət Partiyasının keçmiş üzvü mediada belə bir çuğullama yaymışdır ki, guya Tahir Kərimli deputat seçilmədiyinə görə hakimiyyətə münasibəti mənfiyə doğru dəyişmişdir. Bu böhtandır! Mən deputatlıq dövrümdə də, ondan əvvəl və sonra da Dövlətimin, xalqımın,mənəviyyatın müdafiəsi üçün hər zaman istər təqdir,istərsə də tənqid olaraq,eyni mövqedən çıxış etmişəm. Partiyamızın AR Prezidentinin strateji xəttini müdafiə etmək qərarına əməl edirəm. Cənab İlham Əliyevi xalqımızın dəstəyi,Ordumuzun gücü ilə son 200 ilin ən böyük qələbəsini qazanmış Müzəffər Ali Baş Komandan hesab edir və bunu yüksək qiymətləndirirəm.


Geri qayıt