Əsas Səhifə > Güney Press > “Üzünə tüpürməliydi?”
“Üzünə tüpürməliydi?”Bu gün, 16:31 |
|
“Bu məsələnin özü də bir siyasətdir. Hazırda barış istiqamətində bir çox addımlar atılır. Onlara da bir siqnal verilib ki, yerinə yetirsinlər. Samirə gedib onu nə öpüb, nə də başqa bir hərəkət edib”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında müğənni, Xalq artisti Mübariz Tağıyev deyib. O bildirib ki, əgər Ermənistan nümayəndəsi Azərbaycan təmsilçisinə qarşı eyni hərəkəti etsəydi, reaksiyalar tamamilə başqa cür olardı: “Samirə orada səhv bir şey etməyib. Mənə elə gəlir ki, bu bir ssenaridir. Münsiflər də, iştirakçılar da ona uyğun hərəkət edir. Bu gün guya barışıq haqqında söhbətlər gedir. Sonunun da nə olacağını heç kim bilmir. Eləyib, eləyib. Özü bilər. Nə etməli idi axı? Üzünə tüpürməli idi? Bundan əlavə yarış ərəfəsində münsiflər öz aralarında da iştirakçılar haqqında müzakirələr aparırlar. Yəqin ki, onların da arasında bizim bilmədiyimiz bəzi söhbətlər olub. Eyni rəftarı erməni münsiflər bizə qarşı etsəydi, buna nə reaksiya veriləcəkdi? Deyəcəkdik ki, öz erməniliklərini göstərdilər. Yəqin, yaxşı oxuyub, Samirə də ona xal verib. Samirə artıq-əskik nəsə hərəkət etsəydi, müdafiəsinə qalxmazdım. Görünən odur ki, etdiyi tək şey ifaçıya yüksək xal verməkdir. Bu məsələyə başqa don geyindirməyə ehtiyac yoxdur. Bəzi insanlar boş müzakirələri sevir”.
“Mən özüm şəxsən o millətə nifrət edirəm. Çünki mənim yaxın və əziz bildiyim insanları öldürüblər. Çoxlu itkilərimiz olub. Bir millət olaraq da ağır hadisələr yaşamışıq. Lakin hər şeyə reaksiya vermək lazım deyil. Bu qərarı da Samirə təkbaşına verməyib. Bütün bu məqamları nəzərə almaq vacibdir. Tövsiyyə edirəm ki, bütün məsələləri göz önünə gətirib, sonra müzakirəyə çıxarsınlar”. Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsif qismində müğənni Samirə Əfəndi təmsil edirdi. Onun Ermənistan iştirakçısı Saro Gevorkyana maksimal 12 bal verməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Nəticələr elan olunarkən Samirə Əfəndinin Gevorkyanı səhnədə qucaqlaması isə müzakirələrin daha da qızışmasına gətirib çıxarıb. Geri qayıt |