Əsas Səhifə > Güney Press > Bakıda kişi onunla kobud danışan bacısı qızının ərini döydü
Bakıda kişi onunla kobud danışan bacısı qızının ərini döydüBu gün, 15:55 |
|
Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İlqar Cəbiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib. İttihama görə, hadisə 02 noyabr 2025-ci il tarixdə, saat 01 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, İlqar Cəbiyev bacısının evinin qarşısında bacısı qızının həyat yoldaşı, zərərçəkmiş Habil Məhərrəmovla (adı, soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin onunla kobud danışması olub. Mübahisə zamanı təqsirləndirilən şəxs yumruqla iki dəfə Habilin ağız nahiyəsinə vurub. Nəticədə zərərçəkmişin üst dodağın hematoması və əzilmiş yara ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirilib. Məhkəmə iclasında zərərçəkmiş şəxs hazırda İlqarla barışdığını, vurulmuş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib. Geri qayıt |