Əsas Səhifə > Güney Press > “Ömürlük Mübariz” növbəti dəfə əməliyyat olundu

“Ömürlük Mübariz” növbəti dəfə əməliyyat olundu


Bu gün, 15:52

Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Mübariz Niyazovun səhhəti kəskin pisləşib. Ona görə də onu Bakıdakı özəl klinikaların birində təcili əməliyyat ediblər.

Bu barədə onun yaxınları Gununsesi.info-ya bildirib.

Yaxınlarının sözlərinə görə, səhhətində çoxsaylı problemlərdən əziyyət çəkən Mübariz Niyazov 6 -cı cərahiyyə əməliyyatı keçirib.

“27 ildir ki, həbsdə olan Mübariz Niyazovun yaşlanmasına, səhhətində çoxsaylı problemlərin olmasına baxmayaraq, onu azadlığa buraxmırlar. Baxmayaraq ki, qanunvericilikdə məhkumun səhhətinin onun cəzasını çəkməyə imkan vermədiyi halda azadlığa buraxılması nəzərdə tutulur” deyı ailəsi bildirib.

Yaxınları deyir ki, Mübariz Niyazovun həbsdə olduğu dövrdə çoxsaylı yaxınları vəfat edib, nəvələri dünyaya gəlib: “Heç bir zaman onların yanında ola bilməyib”.

Ömürlük məhbusun ailəsi Gununsesi.info vasitəsi ilə ölkə başçısından Mübariz Niyazovun yaşını və səhhətini nəzərə alaraq onu azad etməsini xahiş edir.


Geri qayıt